"Kəpəz" komandası "AZAL"ı qəbul edib | |
Martın 5-də Topaz Premyer Liqasının XXI turunun növbəti oyununda turnir cədvəlində yeddinci pillədə qərarlaşan “Kəpəz” komandası sonuncu səkkizinci sıradakı “AZAL”ı qəbul edib. Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş qarşılıqlı hücumlar şəraitində keçib. Gəncə şəhər stadionunda keçirilən oyunda “Kəpəz” komandasının heyətində matçın 38-ci dəqiqəsində Şəhriyar Əliyev fərqlənib. Oyunun 90-cı dəqiqəsində “AZAL”ın heyətində Vaqif Cavadov hesabı bərabərləşdirib. Beləliklə görüş 1:1 hesabı ilə başa çatıb. Bu oyundan sonra aktivindəki xallarının sayını 18-ə çatdıran “Kəpəz”in turnir cədvəlində mövqeyi dəyişməyib. Hesabında 9 xal olan “AZAL” isə sonuncu sırada qərarlaşıb. XXI tura “Neftçi” – “Zirə” matçı ilə yekun vurulacaq. “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. |
|
Xəbər 944 dəfə oxundu. |
|
|