İngiltərə Premyer Liqasında bir sıra maraqlı nəticələr qeydə alınıb | |
İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində martın 4-də bir sıra maraqlı qarşılaşmalar keçirilib. Günün ən maraqlı qarşılaşmasında “Liverpul” və “Arsenal” klubları üz-üzə gəliblər. Oyun “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Mançester Yunayted” isə öz meydanında “Bornmut” klubunu məğlub edə bilməyib – 1:1. Son çempion “Lester” doğma azarkeşləri qarşısında “Hall Siti” 3:1 hesabı ilə məğlub edib. Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb: “Stok Siti” – “Midlsbro” - 2:0 “Suonsi” – “Bernli” - 3:2 “Uotford” – “Sautqempton” - 3:4 “Vest Bromviç” – “Kristal Pelas” - 0:2 Qeyd edək ki, turnir cədvəlinə 63 xalla “Çelsi” liderlik edir. |
|
Xəbər 576 dəfə oxundu. |
|
|