UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq
Fevralın 22-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Portuqaliyanın “Porto” komandası İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Digər qarşılaşma isə İspaniyada keçiriləcək. “Sevilya” doğma meydanda “Lester” (İngiltərə) ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində artıq altı oyun keçirilib. Fevralın 14-də “Benfika” komandası “Borussiya Dordmund”u 1:0, “Pari-Sen-Jermen” klubu isə “Barselona”nı 4:0 hesabı ilə məğlub edib. Fevralın 15-də oynanılan daha iki görüşdə də ev sahibləri qalib gəliblər. “Bavariya” komandası “Arsenal”ı (5:1), “Real Madrid” isə “Napoli”ni (3:1) məğlubiyyətə uğradıb. Fevralın 21-də təşkil olunan oyunlarda isə “Atletika Madrid” komandası “Bayer”dən 4:2, “Mançester Siti” klubu isə “Monako”dan 5:3 hesabı ilə üstün olub.

Xəbər 728 dəfə oxundu.