BOK-da ciddi fikir ayrılığı yaranıb | |
Beynəlxalq Olimpiya Komitəsində (BOK) ciddi fikir ayrılığı yaranıb. BOK prezidenti Tomas Bax və digər rəhbərlərin təşkilatçı şəhərlərin seçilməsi məsələsindəki baxışlarının üst-üstə düşməməyi problemə səbəb olub. Belə ki, Bax 2024 və 2028-ci illərdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı yenilik etmək niyyətindədi. O, həmin yarışların ev sahiblərinin eyni vaxtda seçilməsi ideyası ilə çıxış edib və bunu məğlubların sayının azaldılması ilə əlaqələndirib. Yəni, hər Olimpiadada 4-5 namizəd olursa, onlardan yalnız biri qalib gəlir. Amma 2 Olimpiadanın məkanı eyni vaxtda seçilərsə, məğlubların sayı azalacaq. Konkret olaraq, 2024-cü ilə 3 namizəd var. Bunlar Paris, Los-Anceles və Budapeştdi. Macarıstan paytaxtının meri şəhərin geri çəkiləcəyini açıqlayıb. Buna səbəb vətəndaşlarının Olimpiadanı vətənlərində görmək istəməməsidi. Əgər bu rəsmiləşsə, namizəd şəhərlər Parislə Los-Anceles olacaq. Baxın ideyasına əsasən, bu şəhərlərdən biri 2024-cü ili, digəri 2028-ci ili qəbul edəcək. Bir sözlə, məğlub olmayacaq. Vitse-prezidenti Uğur Erdener başda olmaqla, bəzi BOK üzvləri isə Baxın fikri ilə razılaşmır. Onların fikrincə, təşkilatçının 11 il əvvəl seçilməsi mümkün deyil. Bu həm də 2024-cü il deyil, 2028-ci ilə namizədliyini verməyi planlaşdırılanların haqqının yeyilməsi deməkdi. Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadası sessiyasında elan olunacaq. |
|
Xəbər 835 dəfə oxundu. |
|
|