Əmrə Bələzoğlu “Fənərbağça”dan ayrılır | |
“Fənərbağça” klubu Əmrə Bələzoğlu ilə yollarını ayırmağa qərar verib. İdman.com.az saytının məlumatına görə, bunu futbolçuya “Gənclərbirliyi” ilə görüşdən əvvəl baş məşqçi Aykut Qocaman söyləyib. Türkiyə mililsinin yamımüdafiəçisinin “sarı-lacivərdlilər”lə anlaşması may ayında bitir. Əmrə baş məşqçidən onunla yeni müqavilənin nə vaxt bağlanacağını soruşub və gözləmədiyi cavabla üzləşib. Qocaman bildirib ki, artıq qərarını verib, növbəti mövsümdə onun komandada qalmasını istəmir. “Fənərbağça” klubunun prezident Əziz İldırımın həbs edildikdən sonra, baş məşqçinin davranışları, verdiyi bəyanatlar təəccüb doğurub. Ulduz futbolçuların satılmasına baxmayaraq, komandanın yaxşı oyun nümayiş etdirməsi Qocamanın komanda daxilində nüfuzunu artırıb. Bu səbəbdən də onun Əmrə ilə bağlı fikri, faktiki komandanın “rəsmi qərarı” sayılır. |
|
Xəbər 1207 dəfə oxundu. |
|
|