SOCAR-ın Rumıniya törəmə şirkətinin direktoru bu ölkənin Cüdo Federasiyasının vitse-prezidenti seçilib | |
Fevralın 20-də Rumıniya Olimpiya Komitəsində bu ölkənin Cüdo Federasiyasına seçkilər keçirilib. Seçkilərdə federasiyanın sədri və beş vitse-prezident seçilib, strukturu müəyyənləşdirilib. Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə Rumıniya Cüdo Federasiyasının sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib. SOCAR-ın Rumıniya törəmə şirkəti “Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub. Qeyd edək ki, Rumıniya Cüdo Federasiyası bir müddət öncə Həmzə Kərimovun vitse-prezidentlik vəzifəsinə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs SOCAR-ın rəhbərliyi tərəfindən müsbət qarşılanıb. |
|
Xəbər 837 dəfə oxundu. |
|
|