Həndbol üzrə respublika çempionatında növbəti oyunlar keçirilib | |
Həndbol üzrə respublika çempionatında növbəti oyunlar keçirilib. Azərbaycan Həndbol Federasiyasının verdiyi məlumata görə, ikinci yarış günündə üç matç oynanılıb. Qadınlar arasında keçirilən qarşılaşmalarda “Nur” klubu “Gənclər Birliyi”nə 41:20, “Azəryol” komandası “Qarabağ”a 26:22 hesabı ilə qalib gəlib. Kişilər arasında oyunda isə “Məhsul” “Nəsimi”dən üstün olub - 30:28. Fevralın 18-də “Qarabağ”–“Nur”, “Azəryol”–“Gənclər Birliyi”, “Nəsimi”-“Təhsil”, “Məhsul”–RİOEUGİM qarşılaşmaları oynanılacaq. |
|
Xəbər 1145 dəfə oxundu. |
|
|