“Kəpəz” bugünkü matçın hazırlığını başa vurub
Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”nin qonağı olacaq “Kəpəz” dünən keçirdiyi son məşqlə bugünkü matçın hazırlığını başa vurub.

“Sarı-göylər”in oyunöncəsi son məşqinin görüşə ev sahibliyi edəcək 8-ci km qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulurdu.

Lakin hava şəraiti buna mane olub. Belə ki, yağan qardan sonra meydan “ağ örpəyə” bürünüb. Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən, gəncəlilər “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində hazırlaşıblar.

Qeyd edək ki, “Neftçi” - “Kəpəz” görüşü saat 18:00-da başlayacaq.

Xəbər 634 dəfə oxundu.