Hərbçilərin futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək | |
Hərbçilər arasında futbol üzrə dünya çempionatı 2013-cü ildə Azərbaycanda keçiriləcək. Martın 7-də bununla əlaqədar AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Mərkəzi Ordu İdman Klubunun rəisi Natiq Əliyev, Beynəlxalq Hərbi İdman Təşkilatının Baş katibliyinin administrasiya rəhbəri Oliver Verhelle və təşkilatın texniki direktoru Nevzat Varolun iştirakı ilə görüş keçirilib. E.Məmmədov U-17 yığmaların qadınlararası dünya çempionatının bu il Azərbaycanda keçiriləcəyini qonaqların diqqətinə çatdırıb və hazırda ölkəmizdə mövcud olan, həmçinin inşası davam edən stadionlarla bağlı ətraflı məlumat verib. Dünya çempionatının təşkilati işləri ilə bağlı ətraflı məlumat aldıqlarını deyən qonaqlar, hərbçilərin futbol üzrə dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inandıqlarını bildiriblər. AzərTAc |
|
Xəbər 1202 dəfə oxundu. |
|
|