“Real” Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır | |
“Real” futbolçusu Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır. Madrid klubu 29 yaşlı oyunçuya 4 və ya 5 illik müqavilə təklif edəcək. O, bu təklifi qəbul edəcəyi təqdirdə, illik maaşı 5 milyon avrodan 8 milyon avroya yüksələcək. K.Benzemanın hazırkı müqaviləsi 2019-cu ildə başa çatır. İspaniya çempionatının cari mövsümündə 15 oyunda meydana çıxan hücumçu 5 qol vurub və 2 məhsuldar ötürmə edib. |
|
Xəbər 885 dəfə oxundu. |
|
|