Azad Rəhimov: 50 ölkə artıq IV İslam Həmrəyliyi Oyunlarında iştirakını təsdiqləyib
Bakıda keçiriləcək IV İsam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bütün işlər həll olunub.

Bu barədə jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

Nazir qeyd edib ki, 57 İslam ölkəsindən idmançıların IV İsam Həmrəyliyi Oyunlarında iştirakını təmin etmək əsas vəzifəmizdir. Artıq əlli ölkədən təsdiq cavabı almışıq və onlar iştirak edəcəklər. Qalan yeddi ölkənin bəzilərinin maliyyə məsələləri ilə bağlı müəyyən problemlər var. Çalışırıq ki, onlara da kömək edək və onları da oyunlara cəlb edək.

A.Rəhimov bildirib ki, hazırlıq prosesində növbəti addımımız nəqliyyat sistemi ilə bağlı işlərdir. Bu, çox vacib bir sistemdir. Birinci Avropa Oyunlarında çoxlu avtobus sifariş olunmuşdu. Bu dəfə başqa yol axtarıb bunu həyata keçirməliyik. Bu yollar da tapılıb. Yəni, daha ucuz və əlverişli vasitə var. Əsas odur ki, idmançılar tam şəkildə razı qalsınlar, onlar yarış məkanlarına çatdırılsınlar. Nazir əlavə edib ki, bütün idman komplekslərində işlər gedir, çatışmayan avadanlıqlar sifariş olunub.

Xəbər 670 dəfə oxundu.