Demba Ba yenidən “Beşiktaş”da | |
Çinin “Şanxay Şenxua” klubunun futbolçusu Demba Banın “Beşiktaş”a keçidi rəsmiləşib. İstanbul təmsilçisi sabiq futbolçusunu icarəyə götürüb. Seneqallı hücumçu mövsümün sonunadək “Beşiktaş”da çıxış edəcək. Qeyd edək ki, 2014-cü ildə “Çelsi”dən transfer olunan 31 yaşlı futbolçu 2015-ci ildə Çin klubuna satılıb. O, “qara qartallar”ın heyətində 44 oyuna 27 qol vurub. |
|
Xəbər 691 dəfə oxundu. |
|
|