Dördüncü İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq | |
Dördüncü İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq. Biletlərin satışının eynilə birinci Avropa Oyunlarında olduğu kimi həyata keçirilməsi nəzərdə tutulub. Satışa Novruz bayramından etibarən başlanılacaq. Bu barədə fevralın 1-də jurnalistlərə müsahibəsində “Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov məlumat verib. O qeyd edib ki, “Bakı-2017”nin açılış və bağlanış mərasimləri üçün biletlər də bu tarixdə satışda olacaq. Yarışlara biletlərin qiymətləri 2 manatdan başlayacaq. Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün isə 10 manatdan başlanacaq. Elçin Səfərov deyib ki, ölkənin aparıcı universitet və təşkilatlarından 12 min 500-dən çox könüllü Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə qeydiyyatdan keçib. Onlardan 8 mini könüllü kimi fəaliyyət göstərməsi üçün seçiləcək. O bildirib ki, “Bakı-2017”nin başlanmasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır. Əvvəllər beynəlxalq yarışların keçirilmədiyi idman qurğularında texniki quraşdırma işləri tamamlanmalıdır. |
|
Xəbər 924 dəfə oxundu. |
|
|