Boks üzrə açıq Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib.

Boks Mərkəzində təşkil olunan yarışda 158 idmançı mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Rüfət Fətullayev (44 kq), Maksud Xasmetov (46 kq), Murad Zeynalov (48 kq), Murad Mirzəyev (50 kq), Rəşid Həsənov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Nicat Tağızadə (63 kq), Rüfət Nəbiyev (66 kq), Ziya Rəhimli (70 kq), Murad Allahverdiyev (75 kq), Adil Vəliyev (80 kq) və Vüqar Səmədov (80 kq-dan yuxarı) qızıl medal qazanıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 879 dəfə oxundu.