Lider “Başakşəhər”in 26 oyunluq məğlubedilməzlik seriyasına son qoyulub | |
Futbol üzrə Türkiyə Superliqasının lideri İstanbulun “Başakşəhər” komandasının çempionatda 26, rəqib meydanlarında isə 16 oyunluq məğlubedilməzlik seriyasına yanvarın 22-də son qoyulub. “Başakşəhər”in cari çempionatda ilk məğlubiyyəti (0:1) “Fənərbağça” komandası ilə oyunda qeydə alınıb. Oyunda yeganə qolu matçın 28-ci dəqiqəsində Ozan Tufan “Başakşəhər”in qapısından keçirib. Bu oyundan sonra “Fənərbağça” komandası “Başakşəhər” ilə xal fərqini 4-ə endirib. Hazırda “Başakşəhər”in 39, “Fənərbağça”nın isə 35 xalı var. Yanvarın 23-də “Alanyaspor”un qonağı olacaq “Beşiktaş” qalib gələcəyi təqdirdə xallarının sayını 41-ə çatdıraraq, turnir cədvəlində liderliyi ələ keçirəcək. Çempionatda üçüncü yerin sahibi “Qalatasaray”ın isə aktivində 36 xal var. |
|
Xəbər 660 dəfə oxundu. |
|
|