“Telekom” voleybol komandası Azərbaycan Super Liqasında liderliyini davam etdirir | |
Yanvarın 21-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqasının üçüncü dövrəsinə start verilib. “Gənclik” Olimpiya İdman Kompleksində “Telekom” komandası “Azəryol”u qəbul edib. Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Telekom” komandası rəqibini 3:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, 21 xalla “Telekom” komandası turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 16 xalla ikinci, “Azəryol” isə 10 xalla üçüncü pillədə qərarlaşıb. |
|
Xəbər 650 dəfə oxundu. |
|
|