U-21 yoxlama oyununda məğlub olub | |
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb. Komandamızın qolunu Ramil Həsənov vurub. 20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıb. Azərbaycan U-21 – Sudan U-20 qarşılaşmasını milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyib. |
|
Xəbər 645 dəfə oxundu. |
|
|