Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək
Yanvarın 21-də Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir başlayacaq.

6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında kata və kumite üzrə iki gün davam edəcək xatirə turniri Bakı İdman Sarayında təşkil ediləcək.

Yarışda yerli idmançılarla yanaşı, İran, Rusiya və Gürcüstan komandalarını təmsil edən 600-dək karateçi çıxış edəcək. İdmançılar həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Sonda qaliblər medal, diplom, kubok və pul mükafatı ilə təltif olunacaqlar.

Xəbər 923 dəfə oxundu.