"Sumqayıt" FK Albaniyanın “Şkenderbeu” komandası ilə qarşılaşıb | |
“Sumqayıt” futbol klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Topaz Premyer Liqasının növbəti turuna hazırlıq çərçivəsində qardaş ölkədə olan komanda artıq ilk yoxlama oyununa çıxıb. Samir Abbasovun yetirmələri Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşıb. Oyunda komanda meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. "Sumqayıt" FK-nın yeganə qolunun müəllifi Mirabdulla Abbasov olub. Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş “Şkenderbeu” hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb. |
|
Xəbər 763 dəfə oxundu. |
|
|