Robert Levandovski Çin klubunun rekord məbləğdə təklifini rədd edib | |
Münxenin “Bavariya” futbol komandasının hücumçusu Robert Levandovski adı çəkilməyən Çin klubunun rekord məbləğdə təklifini rədd edib. Bu barədə forvardın agenti Sezar Kuxarski Polşanın “Sportowe Fakty” saytına məlumat verib. O bildirib ki, Çin klublarından biri R. Levandovskiyə illik 40 milyon avro qazanacağı müqavilə təklif edib. Ancaq polşalı futbolçu təklifi müsbət cavablandırmayıb. 2014-cü ildən Münxen təmsilçisinin heyətində çıxış edən Levandovski bu günlərdə “Bavariya” ilə müqavilə müddətini 2021-ci ilədək uzadıb. |
|
Xəbər 730 dəfə oxundu. |
|
|