“Sumqayıt” Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa başlayıb | |
“Sumqayıt” futbol klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın üçüncü dövrəsi üçün hazırlığa start verib. Komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt” ilk məşq günündə dəniz kənarında qaçışla kifayətlənib. Komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. |
|
Xəbər 750 dəfə oxundu. |
|
|