Çin Super Liqasının təşkilatçıları avropalı hakimlərə təklif göndərməyə başlayıblar | |
Son illər ulduz futbolçu transferləri ilə diqqət çəkən çinlilər bununla kifayətlənmək fikrində deyillər. Futbol üzrə Çin Super Liqasının təşkilatçısı bu dəfə hakimlərə iş təklifi göndərməyə başlayıb. Təşkilatçılar ingiltərəli hakim Mark Klattenburqu bu ölkəyə dəvət ediblər. Onlar 2016-cı ilin ən yaxşı hakimi seçilən Klattenburqa yerli çempionatda oyunları idarə etmək təklifi ediblər. Çinlilər hesab edirlər ki, ulduz futbolçuların keçidi hakimlərin də bu ölkədə çalışmaq ehtimalını artırıb. Qırx bir yaşlı referi yola salmaqda olduğumuz ildə UEFA Çempionlar Liqası və Avropa çempionatının finallarını idarə edib. |
|
Xəbər 972 dəfə oxundu. |
|
|