Felipe Melo karyerasını ölkəsində davam etdirmək qərarına gəlib | |
İtaliya “İnter”inin yarımmüdafiəçisi Felipe Melo komandasını tərk etmək fikrinə düşüb. Braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirmək qərarına gəlib. Belə ki, Melo “Palmeyras”ın təklifini müsbət qarşılayıb. Tərəflər arasında ilkin razılığın əldə olunduğu haqda məlumat yayılıb. Bu keçid reallaşarsa, 33 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq və aylıq məvacibi 85 min avro təşkil edəcək. “Sao Paulo” və “Valensiya”nın da gündəmində olan Melonun “Palmeyras”a transferinin gerçəkləşməsi üçün yalnız iki klub arasında razılığın əldə edilməsi qalıb. |
|
Xəbər 907 dəfə oxundu. |
|
|