Kyokuşin karate üzrə XVIII açıq respublika çempionatı keçirilib | |
Bakı İdman Sarayında kyokuşin karate üzrə XVIII açıq respublika çempionatı keçirilib. Çempionatda 50-dək klub və cəmiyyətin üzvləri, həmçinin İran idmançıları iştirak ediblər. Federasiyasının prezidenti Allahverdi Rüstəmov çempionatın açılışında çıxış edərək Azərbaycanda idmanın digər növləri kimi, kyokuşin karatenin də inkişafda olduğunu bildirib. Qeyd edib ki, Olimpiya və beynəlxalq dərəcəli yarışlarda uğurla mübarizə aparan idmançılarımız Azərbaycanın bayrağını mötəbər turnirlərdə uğurla ucaldırlar. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda klubların yarışında “Okinava” klubu birinci yeri tutub. “Kyokuşinkan” təşkilatı ikinci, İran komandası isə üçüncü sırada qərarlaşıb. Sonda qalib gələn idmançılar mükafatlandırılıblar. Çempionatın qalibləri apreldə Danimarkada keçiriləcək kyokuşin karate üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıblar. |
|
Xəbər 774 dəfə oxundu. |
|
|