Bakıda Klublar Komitəsinin növbəti iclası keçirilib | |
Dekabrın 23-də Bakıda Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Zirə” və AZAL futbol klublarının nümayəndələri iştirak ediblər. Sədr Fikrət Hüseynov komitənin birillik fəaliyyəti barədə çıxış edib. Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib. |
|
Xəbər 1061 dəfə oxundu. |
|
|