Qranatkin turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb
Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

U-19 yığmamıza 21 futbolçu dəvət olunub.

Azərbaycan millisinin heyətində Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Şahin Zəkiyev, Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Xəqani Cəfərov (“Qarabağ”), Süleyman Əhmədov (“Sumqayıt”), Hüseyin Seyligli, Mətin Gülər, Ege Atlam (hamısı “Beşiktaş”, Türkiyə) və Barış Əkinciər (“Rot-Veyss Essen”, Almaniya) yer alıblar.

Komanda turnirə hazırlıq məqsədilə dekabrın 22-30-da və 2017-ci il yanvarın 2-7-də Bakıda hazırlıq keçəcək.

Qeyd edək ki, turnir 2017-ci il yanvarın 7-dən 22-dək Sankt-Peterburq İdman-Konsert Kompleksində təşkil olunacaq.

Xəbər 819 dəfə oxundu.