AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

İK Topaz Premyer Liqası və ölkə kuboku matçları ilə yanaşı, aşağı yaş qrupundakı qarşılaşmalarda qeydə alınan neqativ hallara da hüquqi qiymət verib.

Qurum konkret olaraq 3 komandaya texniki məğlubiyyət verib. Belə ki, U-15 Liqasının “Şəmkir” – “Qarabağ”, U-11 Liqasının isə “Bakı” – “Neftçi” və “Gənclik” UGİM (Gəncə) – “Azəri” TİM (Gəncə) matçlarına meydan sahibi olan komandalar çıxmayıblar.

Nəticədə həm “Şəmkir”, həm “Bakı”, həm də “Gənclik” UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Xəbər 690 dəfə oxundu.