“İlk dəqiqələrdə bir qədər çətinlik çəkdik” | |
“Almaniyalı həmkarım Bernard Raabı gənc, mübariz komanda yaratdığı üçün təbrik edirəm. Bu qədər gənc futbolçunu bir yerə toplayıb gözəl komanda yaratmaq o qədər də asan məsələ deyil”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyd Biçər deyib. Unibank Premyer Liqasının XXII turunda bu gün autsayder “Sumqayıt”ı böyük hesabla yenən (3:0) Lənkəran klubunun türkiyəli çalışdırıcı matçın keçirildiyi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionundan qazonundan narazı qalıb: “Meydanın pis olması hər iki komandanın oyununa mənfi təsir etdi. Matçın əvvəlində bir qədər çətinlik çəkdik. İlk qoldan sonra oyunumuz daha yaxşı alındı. İkinci qoldan sonra isə bir az rahat oynadıq. Üç xalı 3 qolla qazanmağımız xoş oldu”. |
|
Xəbər 951 dəfə oxundu. |
|
|