AZAL iki futbolçu ilə yollarını ayırdı
Ölkə kubokunda mübarizəni dayandıran AZAL iki futbolçu ilə yollarını rəsmən ayırıb.

AZAL-ın vidalaşdığı hər iki oyunçu legionerdi.

Çinli müdafiəçi Brayn Fokun AZAL-da qalmayacağı hələ əvvəldən məlum idi.
Onunla yanaşı, Adan Koronado da Topaz Premyer Liqasının autsayderini tərk edib. Amerikalı futbolçunun AZAL ilə mövsümün sonuna qədər müqaviləsi olsa da, o, şəxsi problemlərini əsas gətirərək, komandadan ayrılmaq istəyib. Rəhbərlik də buna razı olub. Qarşılıqlı razılıq əsasında Koronadonun AZAL ilə müqaviləsinə xitam verilib.

Xəbər 834 dəfə oxundu.