“Real Madrid” klubu tarixində ikinci dəfə klublararası dünya çempionu olub
Futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib.

“Real Madrid” tarixində ikinci dəfə bu kuboka yiyələnib. İspaniya klubu final matçında meydan sahibi Yaponiyanın “Kaşima Antlers” komandasına 4:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin portuqaliyalı bombardiri Kriştiano Ronaldo komandasına qalibiyyət qazandırmağı bacarıb. Cari il dünyanın ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu əlavə vaxtda daha iki qol vuraraq het-trik edib. Beləliklə, kral klubu 2014-cu ildən sonra ikinci dəfə sözügedən turnirin qalibi olub.

Qeyd edək ki, “Real Madrid”dən fərqli İspaniyanın digər nəhəngi “Barselona” bu kuboku 3 dəfə (2009, 2011 və 2015-ci il) qazanıb.

Xəbər 899 dəfə oxundu.