Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər | |
Fransanın sabiq prezidenti Nikola Sarkozi PSJ klubunun rəhbəri ola bilər. Bu barədə Fransanın “GQ France” jurnalı məlumat yayıb. Nəşrə görə, Paris təmsilçisinin sahibi olan Qətər əmiri Tamin əl-Tani artıq bununla bağlı Sarkoziyə təklif ünvanlayıb. Bildirilir ki, bu təyinatın birinci dövrənin qış fasiləsində elan olunacağı gözlənilir. PSJ-nin sabiq azarkeşi sayılan və hər ev oyununu izləməyə gələn Sarkozi klubda prezident vəzifəsində Nasser-Əl-Xelaifini əvəzləyəcək. Altmış bir yaşlı siyasətçi 2007–2012-ci illərdə Fransaya başçılıq edib. |
|
Xəbər 1547 dəfə oxundu. |
|
|