Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək | |
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib. Qarşıdakı olimpiadanın karate yarışları Tokionun Nippon Budokan aresnasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena təsadüfən Olimpiadanın karate yarışları üçün seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib. Xatırladaq ki, Tokio Olmpiadasında iştirak etmək üçün kişilərdə -60 kq, -67 kq çəki dərəcələri, eləcə də -84 və +84 kq çəki dərəcələri birləşdiriləcək. Qadınlarda eynilə aşağı və yuxarı çəkilər -50 kq və -55 kq ilə -68 və +68 kq çəki dərəcələri birləşdiriləcək. Beləliklə kişilər kumitedə -67 kq, -75 kq və +75 kq çəkilərdə, qadınlar isə -55 kq, -61 kq və +61 kq çəki dərəcələrində və fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Olimiadada komanda yarışları keçirilməyəcək. Olimpiya təsnifatına gəlincə, WKF-in reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında WKF tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “Wild kard” prinsipi ilə təqdim ediləcək. Avropa və Dünya çempionatlarının mükafatçıları olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, oların nəticələri reytinqlərinə müsbət təsir edəcək. Karate həmçinin BOK İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil edilib. Bu yarışın detalları isə yaxın müddətdə bilinəcək. |
|
Xəbər 776 dəfə oxundu. |
|
|