Aleksandr Şoliç: “Qələbə qazanmaq çətin olmayacaq” | |
““İnter” klubu ilə oyunda bizə yalnız qələbə lazımdır. Bunu anlayırıq və meydana 3 xal üçün çıxacağıq”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Bakı”nın xorvatiyalı futbolçusu Aleksandr Şoliç deyib. Təcrübəli yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında Unibank Premyer Liqasının XXII turu çərçivəsində “İnter”lə sabahkı oyunla bağlı fikirlərini bildirib. Şoliç evdəki Bakı derbisində qələbə qazanmağın yolunu göstərib: “Ötən ev oyunumuzda aldığımız böyük hesablı məğlubiyyət bir daha təkrarlamamalıdır. Bu oyunda hamımız meydanda bir adam kimi sonadək mübarizə aparmalıyıq. Rəqib güclüdür, qələbə naminə əlimizdən gələni etməliyik. Dediklərimi meydanda həyata keçirsək, qələbə qazanmaq çətin olmayacaq". Qeyd edək ki, “Bakı” qış fasiləsindən sonra ilk oyununda evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzub. |
|
Xəbər 1208 dəfə oxundu. |
|
|