Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib | |
Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparır. Çempionatın ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər. Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 2017-ci ildə Çilidə keçiriləcək dünya çempionatı, Litvada Avropa birinciliyi və Macarıstanda baş tutacaq yeniyetmələrin olimpiya festivalında iştirak edəcək. |
|
Xəbər 1074 dəfə oxundu. |
|
|