Azərbaycanın U-19 komandası “İnter”ə minimal hesabla qalib gəlib | |
Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub. Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu birinci divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi. |
|
Xəbər 786 dəfə oxundu. |
|
|