Qarabağın rəqibi yenə məğlub oldu | |
Futbol üzrə Çexiya çempionatında 16-cı turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb. Libereç təmsilçisi səfərdə "Vısoçino" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Qeyd edək ki, "Slovan" hazırda 15 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb. |
|
Xəbər 794 dəfə oxundu. |
|
|