Kəpəz kubok oyununa hazırdır | |
Azərbaycan kubokunun 1/8 final mərhələsində Bakıda “Şahdağ”la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını bu gün başa vurub. Həftə boyu ölkə paytaxtında hazırlaşan komanda son məşqinə görüşün keçiriləcəyi “Bayıl Arena”da çıxıb. “Sarı-göylər” birinci divizion klubuna qarşı matça itkilərlə çıxacaq. Uzun müddət zədədən əziyyət çəkən Şəhriyar Əliyev və Dario Federiko tam hazır olmadığından kubok oyununu da buraxacaq. Məşqdə sıradan çıxan Azad Kərimovla Renan Alves də sabah meydana çıxa bilməyəcək. İtkilərin çoxluğu səbəbindən əvəzedici heyətdən üç futbolçu əsas komandaya çağırılıb. Əli Səmədov, Fərid Məmmədov və Qaraxan Əliyev Qusar klubu ilə qarşılaşma üçün məşqçilər korpusunun ixtiyarında olacaq. |
|
Xəbər 842 dəfə oxundu. |
|
|