Yerli klubların iştirakı olmayan Bakı “dördlər finalı”
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının Bakıda keçiriləcək “dördlər finalı”nda bütün iştirakçılar müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, “Azərreyl” və “Rabitə” klublarının vidalaşdığı 1/4 finaldan həlledici mərhələyə “Dinamo” (Rusiya, Kazan), “Fənərbağça” (Türkiyə), “Kann” (Fransa) və “Villa Kortese” (İtaliya) vəsiqə qazanıblar.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq yarımfinal matçları martın 24-də, mükafatlar uğrunda görüşlər isə bir gün sonra baş tutacaq.
Qeyd edək ki, bu mötəbər yarışın son qalibi “Vəqfbank TTelekom” (Türkiyə) “Kann”a “qızıl set”də uduzub.

Xəbər 1001 dəfə oxundu.