Ronaldo qəzaya uğrayan həmkarlarının ailələrinə yardım edib | |
Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo Braziliyanın “Şapekoense” komandasının üzləşdiyi faciəyə biganə qalmayıb. 31 yaşlı forvard futbolçuları təyyarə qəzasında həlak olmuş kluba yardım əlini uzadıb. Portuqaliyalı ulduz adıçəkilən klubun hesabına 3 milyon ABŞ dolları köçürüb. Ronaldo faciədə həlak olanların ailələrinə bu sözlərlə təskinlik verib: “Baş verən faciə xəbərindən hələ də şokdayam. Mən hadisə qurbanlarının ailə üzvləri və yaxınlarının acı kədərləri ilə həmrəyəm”, - deyə K. Ronaldo qeyd edib |
|
Xəbər 825 dəfə oxundu. |
|
|