Qəbələ Avropada 7-ci oldu | |
"Qəbələ"nin məğlubiyyətsiz oyunlar seriyası qırıldı. Roman Qriqorçukun komandası Topaz Premyer Liqasının cari mövsümündə məğlubiyyət tanımasa da, 13-cü turda "Qarabağ"la səfər oyunu ilk yenilgi ilə yadda qaldı. "Qəbələ"nin bu göstəricisi Avropada 7-ci olub. Belə ki, qitə ölkələrinin milli çempionatlarında ən uzun məğlubiyyətsiz seriya Danimarkada qeydə alınıb (19 oyun). Bu ölkəni Xorvatiya (17), İsveçrə, Ukrayna və Uels (16) izləyir. Bolqarıstanda bu seriya 14-cü turda qırılıb. İspaniyada "Real" da 13 turdur uduzmur. Şotlandiyada isə "Seltik" "Qəbələ" kimi 12 oyundur məğlubiyyət tanımır. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|