“Neftçi İdman Klubu”nun samboçuları açıq paytaxt çempionatında 17 medal qazanıblar
Hövsan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə açıq Bakı çempionatı sona çatıb.

Yarışda 9 çəki dərəcəsi üzrə 110 idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun samboçuları 5 qızıl, 4 gümüş və 8 bürünc olmaqla, ümumilikdə paytaxt çempionatının 17 medalını qazanıblar.

Klubun təmsilçilərindən Vaqif Mirzəli (52 kq), Tural Allahverdiyev (62 kq), Söhrab Bağırov (74 kq), Xalid Niftəliyev (90 kq) və Etibar Teymurov (100 kq-dan yuxarı) bütün qarşılaşmalardan qalib ayrılaraq çempionluq sevinci yaşayıblar.

Xəbər 1426 dəfə oxundu.