Təyyarədə qəzaya düşən braziliyalı futbolçulardan ikisi Azərbaycanda çıxış edib | |
Kolumbiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki “Şapekoense” klubunun futbolçularından ikisi vaxtilə Azərbaycan Premyer Liqasında çıxış edib. Bunlar Filip Joze Maçado və Villiam Tieqo de Xesusdur. Maçado 2010/2011-ci il mövsümündə Bakının “İnter” klubunun formasını geyinib. Otuz iki yaşlı müdafiəçi Bakı təmsilçisinin heyətində 9 oyun keçirib. Otuz yaşlı müdafiəçi Villiam Tieqo de Xesus isə “Xəzər-Lənkəran”ın şərəfini qoruyub. 2014-cü ilin yanvarında onunla 1,5 illik müqavilə imzalansa da, həmin ilin dekabrında qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. “360 Radio Colombia” qəza nəticəsində göyərtədə olan 81 nəfərdən 6-nın sağ qaldığını bildirib. Onlardan Alan Ruşel müdafiəçi, Danilo Padilya və Jakson Follman isə qapıçılardır. Onlar xəstəxanalardan birinə çatdırılıb. Digər 3 şəxsin adı isə açıqlanmayıb. |
|
Xəbər 864 dəfə oxundu. |
|
|