Veteran cüdoçumuz dünya çempionu olub | |
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli ABŞ-ın Florida ştatında keçirilən dünya çempionatında qızıl medal qazanıb. 90 kiloqram çəki dərəcəsində çıxış edən Rəcəbli mübarizəyə dörddəbir final mərhələsindən başlayıb. Cüdoçumuz çexiyalı Yaroslav Banszelə 2 dəqiqə 20 saniyə ərzində ipponla qalib gəlib. İdmançımızın yarımfinaldakı rəqibi finlandiyalı Yukka Laytinen cərimə xalları üzündən mübarizəni tərk edib. F.Rəcəbli finalda rusiyalı Vladimir Markelovu 2 dəqiqə 33 saniyə ərzində ipponla məğlub edərək dünya çempionu olub. Azərbaycanın daha bir təmsilçisi Arif Qasımov 100 kiloqram çəki dərəcəsində beşinci yerlə kifayətlənib. |
|
Xəbər 826 dəfə oxundu. |
|
|