Sumqayıt hazırlığını davam etdirir | |
Növbəti turda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu fasiləsiz olaraq hazırlığını davam etdirir. Sözügedən komanda bu gün səhər saatlarında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu - Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb. Xatırladaq ki, Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt" noyabrın 13-də "İnter"lə səfərdə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15:30-da "İnter Arena"da baş tutacaq. |
|
Xəbər 800 dəfə oxundu. |
|
|