Aysun Əliyeva “Döşəməaltı” klubu ilə anlaşdı | |
Qadınlardan ibarət Azərbaycan yığmasının futbolçusu Aysun Əliyeva karyerasını Türkiyədə davam etdirəcək. O, “Döşəməaltı” klubu ilə anlaşıb. “Neftçi”nin sabiq oyunçusu ilə yanaşı, Kolumbiya yığmasından Ledi Andrade Rodriges, Karolina Arias və Velaskes Errera Orianika da “Döşəməaltı”ya transfer olunublar. Aysun noyabrın 13-də yeni komandasının heyətində debüt edə bilər. Həmin gün “Döşəməaltı” “Beşiktaş”ı qəbul edəcək. Bu komandanın stadionunda təmir işləri aparıldığından, görüş Antalyada baş tutacaq. “Döşəməaltı” çempionluq uğrunda mübarizədə qalib gələrsə, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək. |
|
Xəbər 724 dəfə oxundu. |
|
|