Vüqar Əsgərov Latviyada mövsümün ən yaxşıları sırasında | |
Futbol üzrə Latviya birinci liqasında mövsümün simvolik komandası müəyyənləşib. Latviya Futbol Federasiyasının rəsmi saytının açıqladığı rəmzi 11-likdə azərbaycanlı futbolçu Vüqar Əsgərov da yer alıb. "Olayne/Super Nova" klubunun forvardı buna mövsüm ərzində vurduğu 40 qolla nail olub. Onun komanda yoldaşı olan digər həmyerlimiz Orxan Həsənəliyev isə 10 qol vursa da, simvolik heyətə düşə bilməyib. |
|
Xəbər 763 dəfə oxundu. |
|
|