“Qəbələ”nin 6 futbolçusu U-21-də
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib. Bakıda hazırlıq keçən yığmanın düşərgəsində 27 futbolçu məşq edir. Toplanışa qatılan heyətdə “Qəbələ”nin 6 futbolçusu yer alıb. U-21-in hazırlıqlarında qapıçılar Süleyman Süleymanovla Murad Popov, müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Roman Hüseynov, Qismət Alıyev və Ehtiram Şahverdiyev iştirak edir. Yığmanın təlim-məşq toplanışı noyabrın 16-dək davam edəcək.

Xəbər 644 dəfə oxundu.