“Qəbələ”dən qolsuz heç-heçə | |
AZAL – “Qəbələ” – 0:0 6 noyabr 2016. Saat 14:00. “AZAL Arena”, 200 tamaşaçı Baş hakim: İnqilab Məmmədov Baş hakimin köməkçiləri: Vaqif Musayev, Rahil Ramazanov Dördüncü hakim: Namiq Hüseynov Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov AFFA nümayəndəsi: Nüvər Xasıyev Hakim-inspektor: Şaiq Həmidov Sarı vərəqələr: Kamal Mirzəyev, 11 (qeyri-idman hərəkəti); Nuqzar Kvrtiya, 84 (oyunun bərpasını ləngitdiyinə görə); Ruslan Nəsirli, 85 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90 (oyunun bərpasını ləngitdiyinə görə); Adan Koronado, 90+5 (qeyri-idman hərəkəti) // Ruslan Qurbanov, 52 (hakim qərarına etiraz); Elvin Camalov, 54 (qeyri-idman hərəkəti) Qollar: yoxdur Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 5 dəq. Bu gün Topaz Premyer Liqasında XI turun növbəti oyunları keçirilir. Günün ilk matçı “AZAL Arena”da baş tutub. Çempionatın lideri “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ötən turun “Neftçi”yə qarşı görüşü ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Rəşad Sadiqov və Sergey Zenyov “11-lik”dən kənar qalıbsa, Teo Uikslə Ruslan Qurbanov autsayderlə qarşılaşmada ilk dəqiqələrdən meydanda olublar. Görüş “Qəbələ”nin hücumları ilə başlayıb. Artıq matçın 2-ci dəqiqəsində komandamız erkən qol vurmağa yaxın olub. Filip Ozobiçin cərimə zərbəsindən sonra meydan sahiblərini qapı dirəyi qoldan xilas edib. Üstünlüyə yiyələnən “qırmızı-qaralar” az keçməmiş daha bir təhlükəli epizod yaradıb. Cərimə meydanına daxil olan Qurbanovun iti bucaq altında zərbəsini qapıçı dəf edib. Bundan sonra da hücumlarını davam etdirən “Qəbələ” böyük qüvvə ilə müdafiəyə çəkilən AZAL-ın cərimə meydanı önündə qurduğu səddi yarmaqda çətinlik çəkib. Meydan sahibləri isə daha çox nadir əks-hücumlara ümid edib. Qarşılaşmanın əvvəli Roman Qriqorçukun texniki zonadan kənarlaşdırılması ilə diqqət çəkib. O, UEFA Avropa Liqasının “Sent Etyen”lə üç gün öncə keçirilən matçında olduğu kimi yenə qarşılaşmanı tribunadan izləməli olub. “Qırmızı-qaralar” cərimə meydanına yaxınlaşmağın çətinliyi gördüyündən uzaq zərbələrlə fərqlənməyə cəhd edib. Elvin Camalovun zərbəsini qapıçı dəf edibsə, Rikardinyo uzaq “doqquzluğ”a düşməyib. Müdafiəçilərin sayıqlığı itirdiyi anda Asif Məmmədovun əldə etdiyi imkan zamanı isə yarımmüdafiəçiyə dəqiqlik çatmayıb. Fasilə ərəfəsində Ozobiçin qapı önünə ünvanlandığı təhlükəli ötürməni isə müdafiəçilər uzaqlaşdırıb. İkinci yarı da eyni ssenari ilə davam edib. Rəqib qapısına ardıcıl hücumlar təşkil edən “qırmızı-qaralar” hissənin əvvəlində əlverişli qol imkanı qazanıb. Lakin künc zərbəsindən sonra qapıçı meydanının küncündən çərçivəni nişan alan Rəşad Eyubov dəqiq olmayıb. Ardınca Teo Uiks və Ozobiçin zərbələrinin qarşısını rəqib qapıçı alıb. Oyunçu dəyişiklikləri ilə hücum xəttinə əlavə güc qatan komandamız meydan sahiblərinin müdafiə xəttinə təzyiqi daha da artırıb. Amma paytaxt təmsilçisi etibarlı oyunu ilə diqqət çəkib. Ozobiçin daha bir təhlükəli zərbəsi dirəyin yanından ötüb. Bakılılar isə əks-hücumlar qurmağa cəhd etsələr də, Dmitri Bezotosnının qapısı önündə gərginlik yarada bilməyiblər. Matçın son dəqiqələrində Uiksin yaxın məsafədən zərbəsi də təhlükəli alınıb. Lakin liberiyalı futbolçu çərçivəni dəqiq nişan almayıb. Beləliklə, “Qəbələ” AZAL-la səfər oyunundan qolsuz heç-heçə ilə dönərək xal hesabını 25-ə çatdırıb. AZAL 23. Aqil Məmmədov 5. Kamil Hüseynov 24. Emin Cəfərquliyev (k) 15. Brayn Fok 7. Kamal Mirzəyev 14. İlqar Ələkbərov 77. Adan Koronado 10. Nuqzar Kvirtiya 17. Rəşad Abdullayev (11.Ruslan Nəsirli, 46) 4. Qvanzav Maqomedov (18. Ruslan Əmircanov, 74) 9. Röyal Nəcəfov (21. David Canelidze, 68) Ehtiyat oyunçular: 1. Rəşad Əzizli 12. Mahsun Qənbərli 36. Renat Aşurov 95. Şirməmməd Məmmədov Baş məşqçi: Tərlan Əhmədov “Qəbələ” 22. Dmitri Bezotosnı (k) 3. Voislav Stankoviç 4. Elvin Camalov 10. Ruslan Qurbanov 11. Asif Məmmədov (14. Cavid Hüseynov, 56) 15. Vitali Vernidub 19. Filip Ozobiç 20. Rikardinyo 27. Teo Uiks 32. Rəşad Eyubov (17. Məhəmməd Mirzəbəyov, 66) 34. Urfan Abbasov (6. Rəşad Sadiqov, 80) Ehtiyat oyunçular: 33. David Pietrzikeviç 7. Nika Kvekveskiri 13. Murad Musayev 21. Roman Hüseynov Baş məşqçi: Roman Qriqorçuk |
|
Xəbər 729 dəfə oxundu. |
|
|