“Neftçi İdman Klubu”nun kikboksçuları Avropa çempionatında dörd medal qazanıblar | |
Sloveniyanın Maribor şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb. “Neftçi İdman Klubu”nun milli komandanın heyətində təmsil olunan kikboksçularından Anar Əhmədov (51 kq, K-1 kontakt) və Çingiz Əhmədzadə (51 kq, lou-kontakt) yalnız final döyüşündə məğlub olaraq qitə çempionatının gümüş medalı ilə kifayətləniblər. Elşad Ələsgərov (54 kq, K-1 kontakt) isə bürünc medala sahib olub. Veteranlar arasında təşkil olunan yarışda isə Sadıq Bağırov üçüncü yeri tutub. |
|
Xəbər 1709 dəfə oxundu. |
|
|