Azərbaycan cüdoçuları U-23 Avropa çempionatında güclərini sınayacaqlar | |
Noyabrın 11-də Təl-Əvivdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək. İki gün davam edəcək yarışa Azərbaycan yığması da qatılacaq. Məşqçilər korpusu İsraildə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Telman Vəliyev (66 kq), Hidayət Heydərov, Fəqan Quluzadə (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Firudin Dadaşov, Vasif Sərbətli (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınamağı qərara alıb. Qitə çempionatında 40 ölkədən 341 cüdoçunun iştirakı gözlənilir. |
|
Xəbər 848 dəfə oxundu. |
|
|